Tez-tez soruşulan suallar
Cavabını tapa bilmədinsə
bizimlə əlaqə saxla →
🚀 Başlamaq
Arcoven nədir? +
Arcoven Azərbaycanın ilk freelance marketplace platformasıdır. Alıcılar xidmət tapa bilər, satıcılar isə öz bacarıqlarını satıb qazana bilər. Qrafik dizayn, proqramlaşdırma, marketinq, video montaj və daha çox sahədə xidmətlər mövcuddur.
Qeydiyyat pulludur? +
Xeyr, qeydiyyat tamamilə pulsuzdur. Həm alıcı, həm satıcı kimi pulsuz hesab aça bilərsiniz. Ödəniş yalnız xidmət aldıqda və ya Premium üzvlük seçdikdə tətbiq olunur.
Google ilə daxil olmaq mümkündür? +
Bəli! Google hesabınız ilə bir klikdə daxil ola bilərsiniz. Yeni istifadəçidirsinizsə avtomatik qeydiyyat edilir.
💰 Ödəniş
Balansı necə yükləmək olar? +
Dashboard → Balans yüklə bölməsinə keçin. Yerli bank kartı ilə ödəniş edərək balansınızı artıra bilərsiniz. Ödəniş sistemi tezliklə tam aktiv olacaq.
Komissiya nə qədərdir? +
Arcoven hər tamamlanan sifarişdən 5% komissiya alır. Məsələn, ₼100 dəyərindəki xidmət üçün satıcı ₼95 alır, ₼5 isə platforma komissiyasıdır. Premium üzvlər çıxarış komissiyasından azaddır.
Pulu karta necə çıxarmaq olar? +
Dashboard → Çıxarış bölməsinə keçin, kart məlumatlarınızı daxil edin. Admin tərəfindən 1-3 iş günü ərzində köçürülür. Minimum çıxarış məbləği ₼10-dur.
📦 Sifarişlər
Sifariş verdikdən sonra nə olur? +
Sifarişiniz "Gözlənilir" statusuna keçir. Satıcı işi tamamlayıb sizə təslim edir. Siz işi qəbul etdikdə ödəniş avtomatik satıcıya keçir. Razı qalmadıqda mübahisə aça bilərsiniz.
Pulumu geri ala bilərəm? +
İş təslim edilib siz qəbul etməmisinizsə — bəli, admin vasitəsilə geri qaytarıla bilər. İşi qəbul etdikdən sonra geri qaytarılmır. Şübhəli hallarda dəstək komandamıza müraciət edin.
👑 Premium
Premium nə verir? +
Premium üzvlər: həftədə 1 pulsuz öne çıxarma (5 saat), komissiyasız çıxarış, profildə 👑 badge, prioritet dəstək əldə edir. Aylıq ₼20-dir.
Premium ləğv edə bilərəm? +
Premium müddəti bitdikdə avtomatik ləğv olur — yeniləməsəniz davam etmir. Müddət bitməzdən əvvəl ləğv üçün dəstək komandası ilə əlaqə saxlayın.
📣 Reklam
Xidmətimi necə öne çıxara bilərəm? +
Dashboard → Reklam bölməsinə keçin. 3 plan var: Standart (₼5/7gün), Seçilmiş (₼15/14gün), TOP (₼25/30gün). Ödəniş balansdan tutulur, xidmətiniz marketplace-də üstdə görünür.